Modern.az

Bakıda vaxtından əvvəl 1-ci sinfə qəbul üçün 2500 uşaq müraciət edib

Bakıda vaxtından əvvəl 1-ci sinfə qəbul üçün 2500 uşaq müraciət edib

5 Avqust 2014, 15:34

“Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan məktəblərə qəbul elektron ərizələr vasitəsilə aparılır. Hazırda 2500 nəfər qeydiyyatdan keçib. Elektron ərizə vasitəsilə müraciət edənlərin sayının artacağı, 4000-5000 nəfər olacağı gözlənilir. Elektron ərizələrin qəbulu avqustun 20-dək davam edəcək”.
Bunu Modern.az-a açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqə sektorunun müdiri Arzu Tairquliyeva deyib. Onun sözlərinə görə, müsahibələr  sentyabrın 10-dək davam edəcək:

“Avqust ayının 5-dən etibarən öncədən təşkil edilmiş xüsusi komissiyaların iştirakı ilə müsahibələrə başlanılıb. Hazırda 8 komissiya fəaliyyət göstərir. Hər komissiya 5 nəfərdən ibarətdir: komissiya sədri, iki nəfər ibtidai sinif müəllimi, 1 psixoloq, 1 həkim-defektoloq. Hər uşağa 4 sual verilir və hər sual 5 ballıq sistemlə qiymətləndirilir. 15 və daha yüksək bal toplamış şagirdlərin məktəbə getməsinə icazə verilir. Suallar uşaqların dünya görüşünü, məntiqini və nitq qabiliyyətini yoxlayır”.

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza