Modern.az

“Vətənpərvər Maarifçi Gənclər” bəyanat yaydılar

“Vətənpərvər Maarifçi Gənclər” bəyanat yaydılar

5 Avqust 2014, 15:29

“Vətənpərvər Maarifçi Gənclər” İctimai birliyi erməni diasporu və hökumətinin cəbhə bögəsində baş verən hadisələrlə bağlı mövqelərini pisləyən bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Ermənistan dövləti 22 ildir ki, təcavüz etdiyi Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayır. İşğalçılar işğal olunmuş torpaqların qeyd-şərtsiz azad olunması ilə bağlı BMT TŞ-nın 4 məlum qətnaməsi icra etməkdən boyun qaçırır. Atəşkəs elan olunmasına baxmayaraq, ermənistan ordusu keçən dövründə mütəmadi olaraq Dağlıq Qarabağ və digər ərazilərdən Azərbaycanın mövqeyini atəşə tutublar. 2014-cü il avqust ayının ilk günlərində Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində 14 Azərbaycan əsgəri şəhid olub.

“Biz bir daha beynəlxalq təşkilatların 20% ərazisi işğala məruz Azərbaycan Respublikasına münasibətdə ədalətli və qəti mövqeyə malik olmalarını, təcili olaraq işğalçı Ermənistana iqtisadi və siyasi sanksiyaların tətbiq olunmasını tələb edirik.

İşğalçı ermənistan bilməlidir ki, Azərbaycan xalqı yeni "Xocalı", “20 Yanvar” kimi faciələr yaşanmayacaq. Azərbaycan dövləti, Azərbaycan ordusu buna izin verməyəcək. Atəşkəsin Ermənistan tərəfindən pozulması nəticəsində Ermənistan tərəfinin dəfələrlə çox itki verməsi Azərbayca ordusunun gücünün kiçik bir göstəricisidir. Azərbaycan ordusu öz dövlət sərhədlərini qorumaq əzmindədir.

Azərbaycan gəncliyinə müraciət edərək xahiş edirik ki, Vətənin müdafəsinə, Ali Baş Komandan İlham Əliyevin “Döyüş” əmrinə hazır olsunlar. Bu torpaq bizimdir və bizim olacaq! Biz əldə silah Vətənimizin müdafiəsinə qalxmağa hər zaman hazırıq.

“Vətənpərvər Maarifçi Gənclər” İctimai birliyi olaraq bir daha Ermənistan tərəfindən törədilən bu çirkin əməlləri pisləyir, şəhidlərə Allahdan rəhmət diləyir, onların yaxınlarına başsağlığı veririk. Onların qanı yerdə qalmayacaq”. 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza