Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçiminin vaxtı avqustun 6-ı saat 09:00-dək uzadılıb. TQDK ixtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xəbərdarlıq edib ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.
Hələlik (saat 15:30-a olan məlumata görə) 35815 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqləyib.
Qeyd edək ki, ixtisas seçimi bu gün saat 23:59-da başa çatmalı idi.
Misranə Həsənzadə