Türkiyənin Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizəd baş bazir Rəcəb Tayyib Ərdoğanın dünəndən etibarən yayımlanmağa başlanan reklam filmini “Əzan səsi, səccadə və dua edən qadın görüntüsü” istifadə edərək dini duyğuların istismar edildiyi iddiası ilə qadağan edib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) MSK-dakı təmsilçisi vəkil Kürşad Ergünün filmin qadağan edilməsi tələbini müzakirə etmək üçün toplanan MSK-dan şok bir qərar çıxdı. MSK üzvləri, Ərdoğanın prezidentliyə namizədliyi çərçivəsində dünən yayına başlanan reklam filmini izlədikdən sonra qərarını verib. MSK heyəti filmdə istifadə olunan “Azan səsi, səccadə və dua edən qadın görüntüsünün” dini duyğuları istismar etdiyi və bu səbəblə qadağan edilməsi lazım olduğuna dair qərar verib. Qərarın səs çoxluğu ilə qəbul olunduğu bildirilir.
Modern.az