Modern.az

"Azadlıq" qəzeti çapını bərpa etdi

"Azadlıq" qəzeti çapını bərpa etdi

5 Avqust 2014, 20:34



İyulun 31-də “Azərbaycan” Nəşriyyatı tərəfindən çapı dayandırılan “Azadlıq” qəzeti sabahdan yenidən köşklərdə olacaq. 
Modern.az-ın xəbərinə görə, bu barədə “Azadlıq”ın redaksiyası məlumat yayıb.

Xatırladaq ki, "Azərbaycan" Nəşriyyatının rəhbərliyi "Azadlıq"ın onlara olan 20 min manat borcunu ödəməyi tələb edirdi. Hazırda borcun bir qismi ödənildiyindən qəzetin capına icazə verilib.

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza