Modern.az

Luqanskda azərbaycanlı qumbaratanla vurularaq öldürüldü

Luqanskda azərbaycanlı qumbaratanla vurularaq öldürüldü

7 Avqust 2014, 15:12

İyunun 4-də Luqanskda daha bir azərbaycanlı öldürülüb. Həmin şəxs 1966-cı il təvəllüdlü 18 iyunda Tovuz rayonun Xatınlı kəndində anadan olan Rövşən Qasımov Hüseyn oğludur. Onun qətlə yetirilməsi barədə Modern.az-a Luqansk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyev məlumat verib.

Onun sözlərinə görə, Donetsk vilayətinin Dmitrov Kazevini kəndində heyvandarlıqla məşğul olan Rövşən Qasımov öz avtomobilində "qrantamyot"la öldürülüb.
“Hadisə Rövşən Qasımovun Luqanskın Krasnavutsku şəhərindən Donetskin Kojeyevne kəndinə gedərəkən yolda baş verib”.

Rasim Uğurluyev bir müddət əvvəl Rövşənin ailəsinə qarşı təzyiqlər olduğunu, həyat yoldaşını və oğlunu həbsxanaya saldıqlarını, özünü isə dəfələrlə döyüldüyünü bildirdi.

Konqres sədri hazırda qohumlarının onun meyitini gözlədiklərini söylədi: “Qohumlar meyiti gözləyir, amma meyit hələ morqda ekspertizadan keçməyib. Ekspert rəyi olmadan isə meyit Azərbaycana göndərilə bilmir”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu