Az öncə onlayn mediada keçmiş xalq yazıçısı Əkrəm Əylislinin Azərbaycanı tərk etməsi haqqında xəbər yazılıb. Modern.az xəbər verir ki, yazıçının yaxın dostu yazıçı Azad Qaradərəli özünün “feysbuk” hesabında bunu təkzib edən məlumat yazıb:
“İndi bir saytdan "Əkrəm Əylisli Azərbaycanı tərk edib" başlıqlı xəbər oxudum. Bildirirəm ki, yazıçı yalnız dincəlmək məqsədilə, istirahət üçün Türkiyəyə gedib. Onu ora Türkiyədə yaşayan qohumları dəvət edib. (Yazıçının oğlu türkiyəli qızla aliə qurub) Avqustun sonlarında Əkrəm müəllim Vətənə dönəcək.”
Elmin Nuri