“Ümumi təhsil müəssisələrinin (ümumi orta və tam orta təhsil məktəbləri, xüsusi tipli ümumi təhsil məktəbləri, lisey və gimnaziyalar) ştat cədvəlində 1 ştat vahidi psixoloq vəzifəsi nəzərdə tutulub və həmin vəzifə üçün müvafiq ixtisas tələbləri müəyyənləşdirilib”.
Bunu
Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər: “Azərbaycanın əksər ümumi təhsil müəssisələri psixoloqlarla təmin olunub. Ümumi təhsil müəssisələrində işləyən psixoloqların əksəriyyəti ixtisaslı kadrlardır. Belə ki, onların bir hissəsi ali təhsil yolu ilə, digərləri isə yenidənhazırlanma təhsili yolu ilə “Təhsildə sosial-psixoloji xidmət” ixtisasına yiyələniblər”.
Amma psixoloqların işə qəbulu müsabiqə yolu ilə aparılmır:
“Mövcud qaydalara əsasən psixoloqların işə qəbulu yerli təhsil orqanları ilə razılaşdırılmaqla ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən həyata keçirilir”.
Rüfanə GÜNƏŞ