Modern.az

Hüquqşünas İntiqam Əliyev həbs olundu

Hüquqşünas İntiqam Əliyev həbs olundu

Təhsil

8 Avqust 2014, 12:25

Hüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb və evində axtarışa başlanılıb.

Bu barədə "Azadlıq" radiosuna İntiqam Əliyevin oğlu Nəcmin Əliyev məlumat verib.

«Atamı səhər aparıblar, telefonuna zəng çatmır. İndi bizim Saraydakı evimizdə 10 nəfərə yaxın prokurorluq əməkdaşı axtarış aparır. Hər şeyi yoxlayırlar».

Nəcmin Əliyevin dediyinə görə, evə gələn prokurorluq əməkdaşları ona axtarış aparmağa icazə ilə bağlı məhkəmə qərarı təqdim ediblər.

Bir müddət əvvəl İntiqam Əliyevin rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabına həbs qoyulub.

***

Nəsimi rayon Məhkəməsi  İntiqam Əliyev barədə 3 aylıq həbs-qətimkan tədbiri  seçib.

Bu barədə vəkil Cavad Cavadov məlumat verib.

Onun dediyinə görə, İntiqam Əliyev qanunsuz sahibkarlıq, vergidənyayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur.

Modern.az
Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər