Modern.az

Tehranda sərnişin təyyarəsi qəzaya uğradı: 40 nəfər öldü

Tehranda sərnişin təyyarəsi qəzaya uğradı: 40 nəfər öldü

10 Avqust 2014, 13:25

Tehran-Təbəs reysini həyata keçirərkən qəzaya uğrayan təyyarənin bütün sərnişinləri həlak olub. İribnews-a  xəbər verir ki, bunu İranın Təcili Tibbi Yardım Mərkəzinin sədri Məsud Sabiriniya deyib.

Onun sözlərinə görə, təyyarədə 40 sərnişin və 8 ekipaj üzvü olub.

M.Sabiriniya əlavə edib ki, təyyarə qəzası zamanı Tehran sakinlərindən 7 nəfər xəsarət alıb. Onlardan 3-ü Tehranın İmam Xomeyni adına xəstəxanasına çatdırılıb. 4 nəfər isə sakinlər tərəfindən xəstəxanaya aparıldığından onların dəqiq yeri hələlik bilinmir.

Qeyd edək ki, artıq təyyarənin "qara qutu"su tapılıb və hadisənin baş vermə səbəblərinin araşdırılması üçün hadisə yerinə xüsusi komissiyaya göndərilib.(Trend)


 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu