Modern.az

Putinin böyük siyasətdə “at oynatmasının” 15 ili tamamlandı - DOSYE

Putinin böyük siyasətdə “at oynatmasının” 15 ili tamamlandı - DOSYE

12 Avqust 2014, 11:19

1999-cu il avqustun 9-da Rusiya Federal Xidmətinin rəhbəri olan Vladimir Putin baş nazirin müavini və baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı təyin olunub. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu epoxal hadisədən 15 il keçməsinə baxmayaraq, Putin bu gün də Rusiya siyasətinin əsas fiquru hesab olunur. Həmin gün xalqa müraciəti zamanı sabiq prezident Boris Yeltsin 47 yaşlı Putini öz xələfi elan etmişdi.

“O, XX əsrdə böyük Rusiyanın gücünü yeniləyəcək insanları öz ətrafında birləşdirməyə qadirdir”, - deyə Yeltsin bildirmişdi. Həmin dövrü xatırlayan bir çox siyasətçilər ölkə prezidentinin belə qərar verməsini gözləmədiklərini bildirmişdilər.

Moskvanın keçmiş meri Yuri Lujkov 1999-cu ildə Putinin baş nazir təyin olunmasına “hakimiyyətin başdan-ayağa absurd olması” kimi, baş nazir olmağa əsas namizədlərdən biri Boris Nemtsov isə “dəlilik aktı” kimi qiymət vermişdi. Yeltsin isə öz xatirələrində Putini öz xələfi seçməsi barədə yekun qərarı 1999-cu ilin yazında verdiyini qeyd edib.

1998-ci ilin yayında Federal Təhlükəsizlik Xidmətinin rəhbəri, 1999-cu ilin martında isə Təhlükəsizlik Şurasının katibi təyin olunan Vladimir Putin həmin il avqustun 16-da baş nazir postuna təsdiqlənib. Çeçen separatçılarının Dağıstan ərazisinə daxil olduqları zamana təsadüf edən bu təyinat qısa müddətdə separatçıların Dağıstandan qovulması ilə nəticələndi.

O 1999-cu il dekabrın 30-da “Rusiya - minilliyin astanasında” adlı məqalə ilə çıxış edərək, yeni dövrdə rus siyasətinin və cəmiyyətinin əsas inkişaf istiqamətlərini təqdim edib. Bundan bir gün sonra -1999-cu il dekabrın 31-də Boris Yeltsin istefa verərək, hakimiyyəti baş nazir Vladimir Putinə ötürüb. 

Barəsində müxtəlif fikirlər və rəylərin olmasına baxmayaraq, 15 ildir Rusiya siyasətinin olimpində qərar tutan Putin dünyanın da ən nüfuzlu siyasətçilərindən sayılır.

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu