Modern.az

Azərbaycanda federasiya prezidentinə ağır itki üz verdi

Azərbaycanda federasiya prezidentinə ağır itki üz verdi

Təhsil

12 Avqust 2014, 12:03

Keçmiş Dövlət Əmlak Komitəsinin sabiq sədri Nadir Nəsibova ağır itki üz verib. Modern.az saytının xəbərinə görə, Nadir Nəsibovun anası vəfat edib.

Xatırladaq ki, Nadir Nəsibov mərhum eks-prezident Heydər Əliyevin iqtidarında təmsil olunaraq yüksək post tutmuş sabiq məmurlardandır. Dövlət Əmlak Komitəsinin sədri olmaqla yanaşı, Azərbaycan Basketbol Federasiyasının prezident postunu tutub.

Nadir Nəsibov komitə sədirliyindən getdikdən sonra da Azərbaycan Basketbol Federasiyasının prezident postunda fəaliyyətini davam etdirib və hazırda da bu quruma rəhbərlik edir.
Sonuncu dəfə o, 2013-cü ilin aprelində daha 4 il müddətinə Azərbaycan Basketbol Federasiyasının prezidenti seçilib.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu