İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini Toğrul Ələsgərovun gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyənləşdirilib.
Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı məlum olub ki, Toğrul Ələsgərov Yasamal rayonu ərazisindəki mənzillərdən birində əxlaqsızlıq yuvası təşkil edir.