Modern.az

Dəniz Baykal Kılıçdaroğluna qarşı ÇIXDI: “Biz keçmiş CHP-ni istəyirik”

Dəniz Baykal Kılıçdaroğluna qarşı ÇIXDI: “Biz keçmiş CHP-ni istəyirik”

16 Avqust 2014, 21:40


Türkiyədə keçirilən prezident seçkisinin ardından müxalifətdəki qalmaqal böyüyür. Ana müxalifət partiyası olan CHP prezident seçkisindəki  məğlubiyyətin acısını partiya sədri Kamal Kılıçdaroğlundan çıxmaq istəyir.

Modern.az saytı “Milliyet”ə istinadən xəbər verir ki, CHP-nin keçmiş başqanı, millət vəkili  Dəniz Baykal da dolayısı ilə  Kamal Kılıçdaroğlu əleyhinə ifadələr işlədib.  

Biləcik vilayətindəki çıxışı zamanı CHP-lilərə səslənən Dəniz Baykal bildirib ki, partiya daxilində  problemlər var. O, CHP-nin qurultayında yeni sədr seçməyə işarə edərək belə deyib:  

“Partiyanın problemləri, çətinlikləri var, onları danışmaq istəmirəm. Bunları düzəldə biləcək bir axtarışa başlayın. Qarşıdan partiyanın qurultayı gəlir. Qurultay prosesində xətası olmayan və gələcəkdə də olmayacaq ümidini verən yeni bir rəhbərliyi iş başına gətirin. Biz keçmiş CHP-ni görmək istəyirik”.

Qeyd edək ki, Türkiyədə avqust ayının 10-da keçirilən prezident seçkisində baş nazir Rəcəb Tayyib Ərdoğan qələbə qazanıb.   Türkiyə ana müxalifəti seçkiyə vahid namizədlə qatılmışdı. CHP və MHP-nin vahid namizədi İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Ekmelleddin İhsanoğlu idi.

Modern.az      

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu