Modern.az

Kolleclərin boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı uzadılıb

Kolleclərin boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı uzadılıb

Təhsil

18 Avqust 2014, 15:34


2014/2015-ci tədris ili üzrə ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan şəxslərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı avqustun 13-dən aparılır.

Modern.az-ın məlumatına görə, bu müddətin avqustun 18-də başa çatdırılması nəzərdə tutulsa da, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbərliyinin qərarına əsasən, bu tarix 22 avqust saat 17:00 - dək uzadılıb.

Beləliklə, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan şəxslər həmin vaxtadək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri müvafiq təhsil müəssisəsinə göndərilməyəcək.  

Misranə Həsənzadə         

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu