Modern.az

Prezident Xətai Rayon İcra Hakimiyyətinə gedib - FOTO

Prezident Xətai Rayon İcra Hakimiyyətinə gedib - FOTO

Təhsil

29 Avqust 2014, 18:30

Avqustun 29-da Prezident İlham Əliyev Bakının Xətai Rayon İcra Hakimiyyətinin binasında aparılan yenidənqurma işləri ilə tanış olub.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, bu inzibati bina 1979-cu ildə tikilib və o vaxtdan əsaslı təmir edilməmişdi. Beşmərtəbəli binada aparılan yenidənqurma işləri zamanı fasad tamamilə yenilənib. Əvvəllər ümumi sahəsi 2500 kvadratmetr olan binanın ərazisi genişləndirilərək 2875 kvadratmetrə çatdırılıb. Yenidənqurma işləri zamanı bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib.
Binadakı şəraitlə tanış olan dövlət başçısı daha sonra icra hakimiyyəti binasının qarşısında yaradılan parka baxdı.







Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir