Modern.az

20 nömrəli məktəb bağlanır? - Təhsil Nazirliyi: “Şagirdlər başqa təhsil ocaqlarına köçürüləcək” - AÇIQLAMA

20 nömrəli məktəb bağlanır? - Təhsil Nazirliyi: “Şagirdlər başqa təhsil ocaqlarına köçürüləcək” - AÇIQLAMA

7 Sentyabr 2014, 13:22

Bakıdakı 20 nömrəli məktəbin bağlanacağı haqda yayılan xəbərlər orada təhsil alan şagirdlərin və onların valideynlərinin narahatlığına səbəb olub. “Bakıdakı 20 nömrəli məktəbin bağlanması haqda yayılan xəbər doğru deyil”. Bunu Modern.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən 20 nömrəli məktəbin dərs ilinə hazır olmamasına münasibət bildirərkən deyiblər.

Nazirlikdən həmin məktəbdə təhsil alan şagirdlərin hansı məktəbə köçürüləcəyinə də aydınlıq gətiriblər: “Şagirdlər 172 və 325 saylı məktəblərə köçürüləcəklər. Məktəb təmir olunduqdan sonra 20 nömrəli məktəb-lisey adı ilə açıqlacaq. Məktəb-lisey hazır olduqdan sonra şagirdlər öz məktəblərinə qaytarılacaqlar".

Rüfanə GÜNƏŞ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat