Azərbaycan Milli Elmlər Akademiyası yeni məhsulların istehsalına nail olub. Modern. az xəbər verir ki, ki, AMEA-nın Təcrübə-Sənaye Zavodu solidol sürtkü materialının müntəzəm istehsalını təşkil edib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə zavodda istehsal prosesi ilə tanış olub. Müəssisənin direktoru Rövşən Axundov akademiya rəhbərinə bildirib ki, bu material ilk dəfə olaraq, bitki yağları bazası əsasında alınıb və əsas keyfiyyət göstəricilərinə görə analoqlarını üstələyir. Yeni növ solidol sürtküsü zavodda uzun sürən elmi tədqiqat işlərinin uğurlu nəticəsidir.
Elmin Nuri