Dünya mediasında bir müddətdir parlament çalışmalarına qatılmayan və ortalıqda görünməyən Şimali Koreyanın gənc diktatoru Kim Çen İnın ağır xəstə, hətta ölmüş ola biləcəyi dedi-qodularını danışılır. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, sonda dünyanın maraqlandığı problemin cavabı gəlib. İngiltərə və Amerika qəzetlərinin ortaya atdığı yeni iddiaya görə, Şimali Koreyanın 31 yaşındakı lideri Kim Çen İnın İsveçrənin məşhur pendiri “Emmental” asılılığı üzündən ağır xəstə olub.
Şimali Koreyanın çox köklüyü ilə diqqət çəkən lideri Kim “emmental pendiri” asılılığı üzündən təhlükəli səviyyədə sağlamlıq problemləri yaşayır. İddiaya görə, fransızların “dəlikli pendir” dedikləri “emmental” ilə uşaqlığını keçirdiyi İsveçrədə tanış olan Kim uşaqlığından bəri həddindən artıq dozada “emmental” yeməkdən kökəlib. Söz-söhbətlərə görə, Kim Çen İnın xüsusilə son aylarda yeriyə bilməyəcək qədər çox kökəlib. İsveçrə mediası, bu dedi-qoduya diqqətlə yanaşır. “Le Matın” qəzeti isə lağlağı bir yanaşma seçib. Qəzet yazıb: “Bütün bunların doğruluğuna nəzarət etmə şansımız yoxdur. Və bu pis niyyətli ehtimala diqqətlə yaxınlaşmalıyıq. Amma əgər bizim pendirlərimiz diktatorları öldürürsə, İsveçrə planetə böyük bir xidmət edər”. BMT-nin açıqladığı rəqəmlərə görə, 25 milyonluq Şimali Koreya əhalisinin 6 milyonu aclıq həddində yaşayır.Modern.az