Vaqif Əlisoyun 60 yaşı tamam olub

Vaqif Əlisoyun 60 yaşı tamam olub

2 Oktyabr 2014, 14:33

Qarabağ müharibəsi veteranı, tanınmış ziyalı, Qarabağ Azadlıq Təşkilatı İdarə Heyətinin üzvü Vaqif Əlisoyu 60 yaşı tamam olub.
Qarabağ Azadlıq Təşkilatından Modern.az saytına verilən məlumata görə, Vaqif Əlisoy Qubadlı rayonunda anadan olub, ata-baba yurdu Cəbrayıl rayonunda yaşayıb, Vətəninə, Torpağına, Millətinə, Dövlətinə sədaqətlə xidmət edib, vicdanlı vətəndaş, ləyaqətli insan kimi şərəfli ömür yolu keçib, bu gün də etiqadından, əqidəsindən dönməyib, şərəf və ləyaqət yolunu davam etdirir.

“Vaqif bəy ötən əsrin 70-ci illərində Azərbaycan Pedoqoji Universitetində təhsil alıb. O, gənc yaşlarından gizli tələbə hərəkatına qoşulub, gizli tələbə təşkilatının üzvü olub. Bu təşkilat Azərbaycanın tarixi, milli dəyərlərinin, müstəqillik ideallarının təbliği ilə məşğul olub.  Ali təhsilini başa vurduqdan sonra Kəlbəcər və Cəbrayıl rayonlarında müəllim kimi çalışıb.
Vaqif Əlisoy 1988-ci ildən başlayaraq Qarabağ, ərazi bütövlüyü və  müstəqillik uğrunda mübarizənin ön sıralarında olub. 1988-1993-cü illərdə erməni işğalçılarına qarşı döyüşlərdə fəal iştirak edib. Cəbrayıl ərazi özünümüdafiə taburunun, həmin ərazidə fəaliyyət göstərən N saylı hərbi hissənin yaradılmasında fəal iştirak edib, həmin hərbi hissələrin rəhbərliyində olub. Cəbrayıl Ziyalı batalyonunun yaradılması, onun silah-sursatla təmin olunmasında fəal iştirak edib. 1991-1993-cü illərdə Əsir və girovların işləri üzrə Dövlət Komitəsinin Cəbrayıl rayon şöbəsinə rəhbərlik edib, yüzlərlə insanın düşmən əsirliyindən azad edilməsinə nail olub.
Vaqif bəy xalq hərəkatının rəhbərlərindən olub, AXC-nin Cəbrayıl rayon şöbəsinə başçılıq edib. 1990-cı il 20 Yanvar hadisələrindən sonra həbs edilib, 8 ay Rusiyanın ən sərt rejimli həbsxanalarında saxlanılıb, ölümlə üz-üzə qalıb, lakin sınmayıb, azadlığa çıxdıqdan sonra mübarizəsini davam etdirib. 1994-cü ildə AXC partiyaya çevrildikdən sonra təşkilatdan çıxıb, bitərəf olaraq Qarabağ uğrunda mübarizəsini Qarabağ Azadlıq Təşkilatı sıralarında davam etdirir”-deyə QAT-ın məlumatında bildirilir.
QAT sədri Akif Nağı Vaqif Əlisoyu yubileyi münasibətilə təbrik edib.

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Putin bu ölkələri hədələdi: Polşa Rusiya ilə müharibəyə hazırlaşır