Modern.az

Dünyada ilk dəfə ürəyi dəyişdirilmiş şəxsin ağız boşluğuna impilant yerləşdirilib

Dünyada ilk dəfə ürəyi dəyişdirilmiş şəxsin ağız boşluğuna impilant yerləşdirilib

8 Oktyabr 2014, 18:06

Bu gün Azərbaycan Tibb Universitetinin rektoru akademik Əhliman Əmiraslanov Türkiyənin tibb  sahəsində tanınmış mütəxəssisləri ilə görüşüb. ATU-dan Modern.az-a verilən məlumata görə, Dr. İlker Erdoğan və prof. Dr. Okan Yeşilotla görüş zamanı Azərbaycan və Türkiyə arasında tibb təhsilində əməkdaşlıq məsələləri müzakirə olunub.

ATU rektoru, akademik Əhliman Əmiraslanov universitetdə təhsilin quruluşu, tədrisin səviyyəsi haqqında məlumat verib.  Rektor qeyd edib ki, Azərbaycan Tibb Universiteti  tibbin bütün sahələri üzrə təhsil verən universitetlərdən biridir. Hazırda Universitet klinikalarında  tədris kafedralarının yerləşdiyini vurğulayan rektor rezidentlərin Türkiyədə praktika keçməsi ilə bağlı əməkdaşlığa ehtiyac olduğunu bildirdi. Türkiyədə təhsil almaq istəyən tələbələrin qəbulu ilə məşğul olan prof. Okan Yeşilot Türkiyədə daha çox tibb sahəsində azərbaycanlı gənclərin təhsil almasının tərəfdarı olduqlarını bildirdi. Onun sözlərinə görə, azərbaycanlı tələbələr bir neçə illiyinə Ankara, İzmir və İstanbulda sayılıb-seçilən tibb müəssisələrində həm oxuyub, həm də praktika keçə bilərlər.

İstanbulda özəl diş klinikasının sahibi, dünyada ilk dəfə olaraq ürəyi dəyişdirilmiş şəxsin ağız boşluğuna implant yerləşdirib. İlker Erdoğan  isə bundan sonra stomatologiya sahəsində əməkdaşlıq edə biləcəklərini vurğuladı. Onun sözlərinə görə, rəhbərlik etdiyi stomatologiya mərkəzində 2009-cu ildən etibarən Almaniya ilə eyni zamanda naviqasiyalı (robotik cərrahi yönləndirmə sistemi) implant qoyulur: “Bu əməliyyat dünyada təxminən 5 dental mərkəzdə icra olunur ki, onlardan biri də bizim kilinikadır. Mən böyük məmnuniyyətlə azərbaycanlı tələbələrə bu sahədə dərs keçə bilərəm”.

Qonaqlar ATU-nun Stomatoloji Klinikasındakı şəraitlə tanış olduqlarını, burada tələbə və rezidentlər üçün yaradılan şəraiti çox bəyəndiklərini dilə gətiriblər. Görüşün sonunda ATU tələbə və rezidentlərinin Türkiyədə praktika keçməsi ilə bağlı əməkdaşlığa dair protokol hazırlanmasına dair ilkin razılıq əldə olundu.

Görüşdə ATU-nun Stomatoloji klinikasının direktoru, t.e.d.Alqış Səfərov, ATU-nun elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, dosent Rəhimə Qabulova da iştirak ediblər.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!