Modern.az

Sumqayıtdakı “Karvan” ticarət mərkəzi yenə yandı - 1 nəfər öldü, 5 nəfər zəhərləndi

Sumqayıtdakı “Karvan” ticarət mərkəzi yenə yandı - 1 nəfər öldü, 5 nəfər zəhərləndi

Təhsil

9 Oktyabr 2014, 22:44


Oktyabrın 9-da axşam saatlarında Sumqayıtdakı “Karvan” ticarət mərkəzində yanğın hadisəsi baş verib. Modern.az saytı xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alov ticarət mərkəzinin 3-cü və 4-cü mərtəbələrini əhatə edib.
Görlən tədbirlər nəticəsində yanğının digər mərtəbələtə yayılmasının qarşısı alınıb.

Hadisə yerinə gəlmiş fövqəladə hallar nazirinin müavini Etibar Mirzəeyv bildirib ki, yanğın nəticəsində 1 nəfər tüstüdən boğularaq ölüb, 5 nəfər isə zəhərlənmə dizaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Olay ticarət mərkəzindəki bəzi mağazalara ciddi ziyan vurub. Hadisənin başvermə səbələri araşdırılır.
Bəzi məlumatlara görə, “Karvan” ticarət mərkəzi kimlər tərəfindənbsə bilərəkdən yandırılıb.

Xatırladaq ki, ötən ilin bu vaxtlarında - 2013-cü ilin oktyabrında da sahibkar Ağamirzə Əhədova məxsus “Karvan” ticarət mərkəzində güclü yanğın baş vermiş və o zaman çoxlu mağaza yanmışdı...

***

Fövqəladə Hallar Nazirliyi hadisə barədə məlumat yayıb. Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində Karvan Ticarət mərkəzində yanğın hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Ümumi sahəsi 10000 kv.m olan 4 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsinin yanar konstruksiyaları  600 kv.m sahədə və içərisində olan satış malları yanıb. Yanğının kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Əliyev İlqar Tərlan oğlunun meyiti aşkar olunub və yuxarı mərtəbələrdən 6 nəfər fəhlə yanğınsöndürən-xilasedicilər tərəfindən xilas olunub. Yanğından ticarət mərkəzinin qalan hissəsi mühafizə olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülüb. Yanğın saat 21:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?