Modern.az

Azərbaycanda ən çox yağıntı düşən rayonların adı açıqlandı

Azərbaycanda ən çox yağıntı düşən rayonların adı açıqlandı

27 Oktyabr 2014, 11:53

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 26-sı gündüzdən oktyabrın 27-si səhərədək ölkə ərazisində  qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb, Lənkəran-Astara zonasında güclü olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a bildirilib ki, ən çox düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 14-77, Bakıda və Abşeron yarımadasında 1-19, Böyük Qafqazda 1-9, Kiçik Qafqazda 5-11, Qazax-Gəncə zonasında 1-7, Naxçıvan MR-da 1-8, Mərkəzi Aran rayonlarında 2-5 mm təşkil edib. 

Oktyabrın 26-da maksimal temperatur Bakıda və Abşeron yarımadasında 7-9, Aran rayonlarında 7-10, dağlıq rayonlarda 7 dərəcəyədək, Naxçıvan MR-da 14-18 dərəcə isti  təşkil edib.

 

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı