Modern.az

Azərbaycanda ən populyar axtarış saytı bəlli oldu

Azərbaycanda ən populyar axtarış saytı bəlli oldu

Təhsil

4 Noyabr 2014, 09:45



“Global Stats” Analitik şirkətinin təhlillərinə əsasən məlum olub ki, Azərbaycanda ən populyar axtarış sistemi hazırda 64,46  faiz bazar payına malik olan “Google.az”dır.

İkinci yeri bazar payı 6,64 faiz təşkil edən “Google.ru”, üçüncü yeri isə 5,4  faiz bazar payı ilə “Google.com.tr” tutur.

Modern.az saytı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, ölkəmizdə ilk üçlüyə daxil olan axtarış sistemlərinin ardınca 5,15 faizlə “Google.com”, 7,09 faizlə  “Yandex.ru”  mövqelərini möhkəmləndirib. 

Sonrakı yerləri  “Bing” və “Mail.ru” bölüşdürüb. 

Son bir ildə ölkədə ən çox istifadə edilən brauzer “Chrome” olub. Belə ki, onun bazar payı  28,22 faiz təşkil edib. 

Brauzerlər bazarında ikinci yeri 3,5 faizlə “Opera”, üçüncü yeri “Safari” tutub. Sonrakı yerlərdə 2,84 faiz bazar payı ilə  “Android”, 1,56 faizlə isə “Internet Exploer” qərarlaşıb.  

Əməliyyat sistemləri üzrə araşdırmalar zamanı bəlli olub ki, ölkəmizdə ən çox istifadə olunan əməliyyat sistemi (ƏS)  “Windows” dur. Hazırda Azərbaycanda “Windows 7” ƏS-nin bazar payı 63,01 faiz  təşkil edir.

İkinci yeri 13,45 faizlə “Windows XP”, üçüncü yeri bazar payı 4,68 faiz təşkil edən “Android” ƏS tutur. Sonrakı yerlərdə “Windows 8” və  “iOS” əməliyyat sistemləri bərqərar olub. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!