Modern.az

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 4 rəis işdən çıxarılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 4 rəis işdən çıxarılıb

14 Noyabr 2014, 15:11



Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 4 rayon şöbəsinin rəisi işdən çıxarılıb. APA-nın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, xidmətin İmişli və Saatlı rayon şöbələrinin rəisləri yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir və Gəncənin Kəpəz rayon şöbələrinin rəisləri isə tutduqları vəzifədən azad edilərək sərəncama götürülüblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza