Modern.az

Bakıda iki homoseksualisti qətlə yetirən şəxslər tutulublar

Bakıda iki homoseksualisti qətlə yetirən şəxslər tutulublar

Təhsil

14 Avqust 2010, 17:38

DİN Baş Cinayət-Axtarış İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi, Yasamal RPİ və MTN-nin Yasamal Rayon İdarəsi  əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-da Zamiq Qasımovu və Yadigar Kuzmini bıçaqla qətlə yetirmiş Bakı şəhər sakini Zaur Muradov, Tovuz rayon sakini Məqsəd Həsənquliyev və Keşlə qəsəbə sakini Qəhrəman Ağayev tutulublar. Onlardan 1 ədəd bıçaq və hadisə yerindən oğurlanmış 4 ədəd mobil telefon və noutbuk aşkar edilərək götürülüb. Modern.az xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Baş vermiş hadisə ilə bağlı Bakı şəhər Prokurorluğu tərəfindən cinayət işi qaldırılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxslər ilkin dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf etməklə yanaşı, qətli məqsədli şəkildə həyata keçirdiklərini bildirblər. Onların sözlərinə görə, qətlə yetirdikləri homoseksualistlərdən xoşları gəlməyib. Məhz bu səbəbdən də həmin şəxsləri öldürüblər.

Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsinin mətbuat xidmətləri hadisə ilə bağlı birgə məlumat yayıb. Məlumata görə, 11 avqust 2010-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 546-cı məhəllə, ev 28, mənzil 194-də üzərlərində kəsici-deşici alətlə yetirilməyə xarakterik çoxsaylı xəsarətləri olan iki naməlum kişi meyitinin aşkar edilməsi barədə Yasamal rayon Polis İdarəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyitlərə baxış keçirilmiş, onların xarici müayinələri aparılmış, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə cinayət işi başlanmış və iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir. Aparılmış ilkin araşdırmalarla öldürülənlərin Qasımov Zamiq Qasım oğlu və Kuzmin Yadigar Eldar oğlu olmaları müəyyənləşdirilmişdir. Bakı şəhər prokurorluğu və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddət ərzində cinayəti törətməkdə şübhəli bilinən Keşlə qəsəbə sakinləri - 1989-cu il təvəllüdlü Ağayev Qəhrəman Elxan oğlu, 1990-cı il təvəllüdlü Həsənquliyev Məqsəd Musa oğlu və 1991-ci il təvəllüdlü Muradov Zaur Rafiq oğlu avqustun 14-də tutularaq istintaqa təqdim olunmuşlar. Dindirmə zamanı hər üç şəxs törətdikləri cinayət əməlini etiraf edərək Z.Qasımov və Y.Kuzmini tamah məqsədi ilə qəsdən öldürdüklərini və sonunculara məxsus dörd ədəd mobil telefon aparatı, bir ədəd noutbuk kompüterini və cinayətin aləti kimi istifadə etdikləri iki ədəd bıçağı istintaqa təqdim etmişlər. Hazırda Bakı şəhər prokurorluğunda iş üzrə istintaq davam etdirilir. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü