Modern.az

Əlilliyə görə pensiya alanların sayı AÇIQLANDI

Əlilliyə görə pensiya alanların sayı AÇIQLANDI

3 Dekabr 2014, 10:42


“Azərbaycanda əmək pensiyası alan 1 288 680 nəfərin 28,2 faizi (363,6 min nəfəri) əlilliyə görə əmək pensiyası alanlardır". Modern. az xəbər verir ki,  bu barədə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, bu ilin oktyabr ayının 1-nə olan statistikaya əsasən, onlardan 6,8 faizi (24,9 min nəfəri) I qrup, 85,7 faizi (311,4 min nəfəri) II qrup, 7,5 faizi (27,3 min nəfəri) III qrup əlillərdir. I qrup gözdən əlillərin sayı isə 7 880 nəfər təşkil edir.

Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,5 faizi müharibə əlilləri, 95,5 faizi ümumi səbəbdən əlillər, 1 faizi isə dövlət qulluqçularıdır.  

Məltəm TALIBZADƏ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər