23 dekabr tarixi Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsiylə əlaqədar qeyri-iş günü elan edilib. Bunu Modern.az saytına açıqlamasında Mərkəzi Seçki Komisiyasının Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.
Onun sözlərinə, qanunvericiliyə görə, Azərbaycanda prezident, parlament və bələdiyyə seçkilərinin keçirildiyi günlər əhalinin səsvermədə normal iştirakını təmin etmək məqsədilə həmin tarixlər qeyri-iş günü sayılır.
Məltəm Talıbzadə