Modern.az

Jurnalist Xədicə İsmayıl məhkəməyə aparıldı - FOTO

Jurnalist Xədicə İsmayıl məhkəməyə aparıldı - FOTO

5 Dekabr 2014, 15:34

Araşdırmaçı jurnalist Xədicə İsmayıl Səbail Rayon Məhkəməsinə gətirilib. Prokuror Xədicə İsmayılın həbsi ilə bağlı təqdimat verib.
Modern.az-ın məlumatına görə, bu haqda “Azadlıq” radiosu xəbər verib.
Vəkil Elton Quliyev məhkəmənin onunla bağlı həbs qərarı çıxaracağını ehtimal edir.

Jurnalist ailə üzvlərindən dərmanlarını və paltarlarını gətirmələrini istəyib.

Bu il fevralın 17-də Xədicə İsmayıl «facebook» şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yayıb. Materialda MTN-in müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist ona bu materialı hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin 2011-ci ildə ötürdüyünü deyir. Sözügedən materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.  

Həmin materialda öz adının hallandığını iddia edən Elman Türkoğlu da Xədicə İsmayılı məhkəməyə verib. O, iddia ərizəsində jurnalistin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyib. 

Bu iddia üzrə oktyabrın 9-dan bəri Binəqədi rayon Məhkəməsində proses gedir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular