Finlandiyadakı heyvanxanada dekabr ayının əvvəllərində doğulan iki ağ ayı balası yoxa çıxıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ranua heyvanxasının əməkdaşları onları Venera adlı analarının yeməsindən şübhələniblər. Məlumatda qeyd edilir ki, ayı balaları son dəfə dekabrın 18-də görünüblər.
Ayılar tez-tez öz balalarından imtina edirlər. Bu, daha çox onlar zəif doğulanda baş verir. Belə balaları heyvanxanalarda, adətən əməkdaşlar qidalandırırlar. Analoji hadisə 2008-ci Nürnberq heyvanxanasında da qeydə alınıb. O zaman ağ ayı iki balanı öldürərək yeyib.
Modern.az