Modern.az

Zibil daşıyanlar Serj Sərkisyanın rezidensiyası qarşısında aksiya keçirir

Zibil daşıyanlar Serj Sərkisyanın rezidensiyası qarşısında aksiya keçirir

Təhsil

26 Dekabr 2014, 12:32


“Kentron makrutyun” qapalı səhmdar cəmiyyətinin onlarla işçisi dekabrın 26-da səhər tezdən Ermənistan prezidentinin Yerevandakı rezidensiyası qarşısına toplaşaraq haqq-hesablarının və məzuniyyət pullarının ödənilməsini tələb edirlər.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onların müəssisəsi ləğv olunma ərəfəsindədir, çünki Yerevanın mərkəzində zibil daşınması “Sanitek” beynəlxalq operatoruna həvalə olunub.

Etiraz edənlər bildirirlər ki, əgər problemləri tezliklə həll olunmazsa, prezidentin rezidensiyası qarşısında piket keçirib prospektdə hərəkəti dayandıracaqlar.

Modern.az    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu