Dekabrın 26-da Gürcüstan parlamentində beynəlxalq nümayəndə heyətlərinin tərkibinin müəyyən olunması zamanı deputatların sözü çəp gəlib. Millət vəkilləri əlbəyaxa davaya çıxıblar. Kütləvi davada deputat, cüdo üzrə olimpiya çempionu da iştirak edib, 3 nəfər xəsarət alıb.
Modern.az saytı "Azadlıq"radiosuna istinadən həmin davanın videosunu təqdim edir.