Dekabrın 28-də Yunanıstanın Patra limanından İtaliyanın Ancona limanına doğru üzən "Norman Atlantic" bərə-gəmisində yanğın baş verib. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, hadisə vaxtı gəmidə 480 adam olub. Onlardan 268-ı Yunanıstan, 53-ü Türkiyə, digərləri Almaniya, İtaliya, Fransa, Misir, Bolqarıstan, Rusiya, Niderland vətəndaşlarıdır.
Helikopterlərlə və gəmilərlə aparılan xilasetmə əməliyyatı davam edir.