Modern.az

Elmin İnkişafı Fondu “Qarabağ tədqiqatları” müsabiqə elan etdi

Elmin İnkişafı Fondu “Qarabağ tədqiqatları” müsabiqə elan etdi

29 Dekabr 2014, 11:45

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu “Qarabağ tədqiqatları” üzrə 7-ci xüsusi “Mobillik qrantı” müsabiqəsini elan edib.

Modern.az xəbər verir ki, müsabiqənin məqsədi ölkədə Qarabağla bağlı aparılan elmi tədqiqatların stimullaşdırılması, regional və beynəlxalq səviyyədə araşdırmaların yüksək səviyyədə təmin edilməsi, Qarabağın tarixi, xüsusilə alban kilsələri və digər tarixi abidələrlə bağlı tədqiqatların aparılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, azərbaycanlılara qarşı soyqırımların, erməni təcavüzlərinin araşdırılması, bu barədə həqiqətlərin elmi əsaslarla dünya ictimaiyyətinə çatdırılmasının təmin edilməsi və Azərbaycan alimlərinə xarici ölkələrin arxivlərində işləmək imkanının yaradılmasıdır.

Müsabiqə çərçivəsində 10 min manatadək qrantların verilməsi yolu ilə xarici ölkələrin arxivlərində işləmək üçün müddəti bir ayadək olan layihələrin və proqramların maliyələşdirilməsi nəzərdə tutulub. Bu müsabiqə çərçivəsində qrant maliyələşdirilməsinin cəmi həcmi 100 min manat təşkil edəcək.

Cari müsabiqəyə təqdim olunacaq layihələrdə xarici ölkələrin arxivlərində işləmək üçün müddət olaraq 2015-ci ilin fevral ayının 3-cü ongünlüyü və mart-aprel ayları nəzərdə tutulur. “Mobillik qrantı” müsabiqəsində iştirak etmək istəyən iddiaçılar üçün elmi dərəcə və elmi ad, yaş və s. kimi məhdudiyyətlər qoyulmur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu