Kembric Universitetinin tarixçisi Uorren Dokter “Uinston Çerçill və İslam dünyası: Yaxın Şərqdə orientalizm, imperiya və diplomatiya” kitabı üzərində çalışarkən maraqlı tarixi məktub aşkar edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri Uinston Çerçillə ünvanlanan məktubda yaxınları ondan İslam dinini qəbul etməməyi xahiş ediblər.
“Xahiş edirəm, İslamı qəbul etmə, mən səndə Şərqə böyük maraq görürəm. Əgər sən İslamla təmasa girsən, sən düşündüyündən də tez həmin dini qəbul edəcəksən. Buna qarşı mübarizə apar”, - 1907-ci ildə Çerçilin qardaşının həyat yoldaşı Qvendolin Berti ona yazıb. Baş nazir isə cavab məktubunda müsəlman olmaq istədiyini deyir.
Tarixi məlumatlara görə, Uinston Çerçil müsəlman mədəniyyəti ilə Sudanda zabit olarkən tanış olub. O, həm də ərəbşünas-şair Uilfrid Blantla da dostluq edib. Onlar əyləncə üçün bəzən ənənəvi ərəb paltarları da geyinirdilər. 1940-cı ildə isə baş nazir Çerçill Londonda məscidin tikintisi üçün 100 min funt sterlinq pul ayırmışdı.
Lakin tarixçi Uorren Dokter İlsma simpatiyaslına rəğmən Çerçilin ateist olduğnu düşünür. Onun sözlərinə görə, britaniyalı siyasətçi, xüsusən dindəki qadın hüquqsuzluğuna qarşı çıxırdı: “Çerçil İslam mədəniyyətinə valeh idi və bu XIX əsrdə bir çox ingilisə xas idi”.
Modern.az