Modern.az

Novruz Məmmədovdan ABŞ-a İTTİHAM

Novruz Məmmədovdan ABŞ-a İTTİHAM

29 Dekabr 2014, 14:12

“Təəssüf ki, ABŞ-da bəzi rəsmilər və diplomatlar ölçü hissini tamam itiriblər”. Modern.az saytı xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini, qurumun  Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz "Twitter" səhifəsində yazıb.

PA rəsmisi bildirib ki, belələrindən biri olan Baer unudur ki, zorakılığın da, korrupsiyanın da, həbslərin də əsl vətəni elə öz ölkəsidir: "Görünür, ABŞ-ın ATƏT-dəki nümayəndəsi cənab Baerin ölkəsində baş verən hadisələrdən heç xəbəri yoxdur. Elə bir neçə gün əvvəl Senatın Kəşfiyyat Komitəsində gedən dinləmələrlə tanış olsa idi, yaxşı olardı. Onda anlayardı ki, "Twitter"də yazdıqlarını oxuyanda, ilk yada düşən ölkə elə ABŞ olur".

Novruz Məmmədov qeyd edib ki,  Baer qərəzli fikirlərilə ABŞ ilə Azərbaycan arasında münasibətlərə zərbə vurmağa çalışır.

Qeyd edək ki, ABŞ-ın ATƏT-dəki nümayəndəsi Daniel Baer Azadlıq radiosunun Bakı Ofisinin möhürlənməsi məsələsi ilə bağlı Azərbaycana dair tənqidi fikirlər səsləndirib.  

Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu