"Bir qədər öncə prezident İlham Əliyevin əfv sərəncamı imzaladığı xəbərini aldıq". Bunu Modern.az saytına açıqlamasında hüquq müafiəçisi Novella Cəfəroğlu deyib.
Onun sözlərinə görə, sərəncamla əfvə düşənlərin tam siyahısı bir azdan elan olunacaq. N.Cəfəroğlunun sözlərinə görə, əfvə düşənlər arasında hüquq müdafiəçilərinin təqdim etdiyi məhkumlardan 10 nəfərin adı var.
“Bizim siyahıda olan 10 nəfər əfvə düşüb. Həmin şəxslərin arasında tanınmış vəkil Qurban Məmmədov, jurnalist Sərdar Əlibəyli, “NİDA”çılardan Zaur Qurbanlı, Üzeyir Məmmədli də var”.
Novella Cəfəroğlu bildirb ki, siyahıya jurnalist Əvəz Zeynallı ilə yanaşı, İsmayıllı məhbuslarından 2 nəfər, “hicab məhbusları”ndan isə 3 nəfərin adı daxil edilib.
Gülşən Raufqızı