Türkdilli Gənclər Birliyinin idarə heyyəti və aktiv üzvləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Şəhidlər Xiyabanını və Bakıdakı Türk Şəhidliyini ziyarət ediblər.
Şəhidlərin xatirəsini dərin ehtiramla yad edən gənclər, onların məzarları önünə əklil və gül dəstələri qoyaraq müqəddəs ruhları qarşısında baş əyiblər.
Birliyin sədri Sahil Hacıyev gənclərə müraciət edərək bildirib ki, gördüyünüz bu müqəddəs yer Azərbaycan xalqının, Türk millətinin həmrəylik abidəsidir.
“Babalarımızın bizə yadigar qoyduğu Azərbaycan dövlətini qorumaq, onu müqəddəs bir əmanət kimi bizdən sonrakı nəsillərə ötürmək boynumuzun borcudur. Bizim üçün dövlət ən ali dəyərdir”, - deyə birlik sədri bildirib.
Qeyd edək ki, tədbirdə 100-dən artıq gənc iştirak edib.
Modern.az