"Azərbaycan müəllimi" qəzeti yeni ildən yeni dizaynda, fərqli formatda oxucularının qarşısına çıxacaq. Ölkə mətbuatında yeni olan bu formatla əsasən Amerika və Avropanın bir çox tanınmış qəzetləri də nəşr olunur.
Redaksiyadan Modern.az-a verilən məlumata görə, eni 30, uzunluğu 50 santimetr olan bu format Azərbaycanda hazırda istifadə olunan qəzet nümunələrindən kəskin fərqlənir. Həmçinin, yeni ildən qəzetin tərtibatında da yeniliklər nəzərdə tutulur. "Azərbaycan müəllimi"ndə dünyanın aparıcı mətbuat nümunələrində olan uğurlu dizayn elementləri, rəng və şriftlərin tətbiqi də planlaşdırılır.
Qeyd edək ki, "Azərbaycan müəllimi" fəaliyyət göstərdiyi 80 il ərzində yalnız A-2 və A-3 formatlarında nəşr olunub.