Modern.az

İcra başçısının həbs etdirdiyi məktəb direktoru azadlığa buraxıldı

İcra başçısının həbs etdirdiyi məktəb direktoru azadlığa buraxıldı

30 Dekabr 2014, 11:16

Modern.az saytı xəbər verir ki, 2012-ci ildən həbsdə olan Goranboy rayonu 3 nömrəli orta məktəbin sabiq direktoru Nüşabə Əhmədova dünən prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Qeyd edək ki, Nüşabə Əhmədova işdən uzaqlaşdırılmasına etiraz etmişdi.

Bundan sonra rayon İcra Hakimiyyətinin başçısı ilə direktor arasında ciddi konflikt yaranmışdı. Nəicədə direktor həbs olunmuşdu.

1957-ci il təvəllüdlü N.Əhmədova Gəncə Apellyasiya Məhkəməsinin 2012-ci il 9 iyul tarixli hökmü ilə məhkum edilmişdi.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu