Milli Məclisin bugünkü iclasında Gülzar Rzayeva Ali Məhkəmənin hakimi təyin edilib. Spiker Oqtay Əsədov deyib ki, Gülzar Rzayeva ləyaqətli və savadlı xanımdır.
Modern.az-ın məlumatına görə, iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa dair” və “Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə” Kredit Sazişi də təsdiq edilib.