Modern.az

Sabir Rüstəmxanlı İranla Azərbaycan arasındakı dostluq bəyannaməsinin əleyhinə çıxdı

Sabir Rüstəmxanlı İranla Azərbaycan arasındakı dostluq bəyannaməsinin əleyhinə çıxdı

Təhsil

30 Dekabr 2014, 12:55

Milli Məclisin payız sessiyasının sonuncu iclası keçirilir. Modern.az saytının məlumatına görə, Azərbaycan ilə İran arasında dostluq və əməkdaşlıq haqqında birgə bəyannamənin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı iradlarını bildirib.

O, bildirib ki, qanun layihəsində İran əleyhinə fikirlərin səslənməsinə görə təqiblər nəzərdə tutulur. Onun sözlərinə görə, qanun layihəsində İranın Ermənistana yardım etməməsi üçün müddəalar öz əksini tapsaydı, daha məqsədəuyğun olardı.

Sabir Rüstəmxanlı deyib ki, Azərbaycanda İranda yaşayan soydaşlarımızın hüquqları ilə bağlı , Urmiya gölünün qurudulması əleyhinə tədbirlər keçirilən kimi, Tehranın ölkəmizdəki diplomatik nümayəndəliyi buna etiraz edir: “İranın Azərbaycandakı səfiri dərhal bizə nota göndərir. Ona görə də qanun layihəsində belə maddələrin olması İrana daha çox xeyir verəcək. Bu gün İranın “Səhər” kanalı Azərbaycan əleyhinə kampaniya aparır. Ona görə də bu qanun layihəsinin bizə xeyrindən çox ziyanı olacaq”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə bildirib ki, Azərbaycan öz ərazi bütövlüyü, suverenliyi ilə bağlı məsələlərdə çox həssasdır və həmişə onu müdafiə edir. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müddəalar da sənədə salınıb və onun sülh yolu ilə tənzimlənməsi vurğulanıb.

Sonda layihə qəbul edilib.

Aqşin KƏRİMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu