Modern.az

Sabahın hava PROQNOZU - 9 dərəcə isti olacaq

Sabahın hava PROQNOZU - 9 dərəcə isti olacaq

Təhsil

30 Dekabr 2014, 14:09

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumatına görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gün ərzində şimal küləyinin güclənəcəyi gözlənilir.  

Havanın temperaturunun gecə 4-7, günün birinci yarısında 7-9, günün ikinci yarısında, axşama doğru 2-4 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşam əsasən havanın şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, əsasən Kür vadisi rayonlarında arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək, bəzi yerlərdə 5 dərəcəyədək isti olacağı gözlənilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu