“2015 Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qızğın və gərgin danışıqlar ili kimi yadda qalacaq”. Modern.az saytının məlumatına görə, bunu öncəgörən Nadim Alixanov yeni ilin Azərbaycana nələr vəd edəcəyi ilə bağlı proqnozlarını bölüşərkən deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsi aətrafındakı danışıqların daha intensiv aparılması, əsasən I Avropa Oyunlarından sonra başlayacaq:
“Böyük ehtimalla süni şəkildə Dağlıq Qarabağ müharibəsi başlasın. Və həmin başlanan kiçik müharibə nəticəsində Azərbaycan itirilən torpaqlarının az bir qismini qaytara biləcək. Söhbət müharibənən düşmüşkən, qeyd edim ki, dünya müharibəsinin başlanmasına da 2-3 il qalıb.
2015-ci il Türkiyə üçün də gərgin il olacaq. Belə ki, Türkiyənin bir sıra qonşu ölkələrlə münasibətləri pisləşəcək. Prezident Rəcəb Tayyib Ərdoğana hücumlar olacaq. Hiss edirəm ki, hətta Ərdoğana sui-qəsd edənlər də tapılacaq. Amma sağ-salamat qalacağını da görürəm. Rusiya-Türkiyə münasibətləri heç də yaxşı gələcək vəd etmir. Yaxşı münasibətlər uzun müddətli olmayacaq. Gözlənilmədən Rusiya-Türkiyə münasibətləri pisləşəcək”.
Nadim Alixanov Bakıda keçirilməsi gözlənilən I Avropa Oyunlarının Azərbaycana nələr vəd edəcəyindən də danışıb:
“Azərbaycan bu oyunlarda heç zaman qazanmadığı qədər nailiyyətlər əldə edəcək. Çox sayda medal görürəm. Azərbaycanda ruh yüksəkliyi yuxarı olduğu üçün, qazancı da çox olacaq. Azərbaycan ilk yeddiliyə düşəcəyini hiss edirəm. Təxminən 5-7 qızıl medal qazanılacaq”.
N.Alixanov deyib ki, onun verdiyi proqnozların bəziləri gerçəkləşməyə də bilər:
“Mənim verdiyim proqnozlar da Zirəddinin proqnozları kimi özünü doğrultmaya bilər. Özünüreklama qulluq edən Zirəddin Rzayevin verdiyi proqnozların 80 faizi gerçəkləşmir. Mənim də bütün söylədiyim proqnozların 40 faizi doğrulmaya bilər”.
Ülkər Musazadə