Əfqanıstanın paytaxtı Kabildə ürək parçalayan görüntülər hələ uzun müddət hafizələrdən silinməyəcək. Kabilli gənclər qarlı bir düzənlikdə üzərlərində dam olmadan universitetə girmək üçün mübarizə aparır.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ liderliyindəki NATO qüvvələrinin Əfqanıstanda 13 il davam edən missiyası, paytaxt Kabildə təşkil edilən mərasimlə rəsmi olaraq sona çatıb. 3 min 485 adamın ölümüylə nəticələnən missiyaya baxmayaraq ayın əvvəlində çəkilən bu fotoşəkil yaddaşlara həkk olunub.Ali məktəblərə qəbul olmaq istəyən şagirdlərin ürək ağrıdan halı ölkənin döyüşün və terrorun təsirindən hələ sıyrılmadığının bir göstəricisidir.
Gülşən RAUFQIZI