Modern.az

Sumqayıt və Gəncə şəhərlərinə yeni prokurorlar təyin edilib

Sumqayıt və Gəncə şəhərlərinə yeni prokurorlar təyin edilib

Təhsil

30 Dekabr 2014, 16:42



Azərbaycan prokurorluq orqanlarında yeni təyinatlar olub. APA-nın məlumatına görə, baş prokuror Zakir Qaralovun imzaladığı əmrlərlə Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev tutduğu vəzifədən azad edilərək Gəncə şəhər, Suraxanı rayon prokuroru Sərdar İmanov isə tutduğu vəzifədən azad edilərək Sumqayıt şəhər prokuroru vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, bir müddət əvvəl Gəncə şəhər prokuroru Adil Vəliyev və Sumqayıt şəhər prokuroru Dağlar Zeynalov tutduqları vəzifədən azad olunublar. 

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu