Modern.az

Sürücülərə XƏBƏRDARLIQ: Əsas küçə və prospketlərdə tıxacdır

Sürücülərə XƏBƏRDARLIQ: Əsas küçə və prospketlərdə tıxacdır

Təhsil

30 Dekabr 2014, 17:44


Bakı şəhərinin əksər küçə və prospektlərində tıxac yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Modern.az-a verilən məlumata görə, bayramlar ərəfəsində paytaxtın əsas küçə və prospektlərində tıxac müşahidə olunurt. Tıxac əsasən Nobel prospektində, Tbilisi prospektindən 20 yanvar dairəsi istiqamətində və Bülbül prospektində yaranıb.

Bundan əlavə, paytaxtın Yusif Səfərov, Zərifə Əliyeva küçələrindən şəhər istiqamətində, Mikayıl Useynov küçəsindən Azneft dairəsi istiqamətində, Əziz Əliyev küçəsində, Üzeyir Hacıbəyov küçəsində, 28 may küçəsində, Ağa Nemətulla küçəsində hər iki istiqamətdə, Abbasqulu ağa Bakıxanov küçəsində, Abbasqulu ağa Bakıxanov küçəsindən Statistika Komitəsinin qarşısındakı dairə istiqamətində, Binəqədi şosesinin hər iki istiqamətində, Bakı-Sumqayıt şosesinin Sumqayıt istiqamətində analoji hal müşahidə olunur.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu