Modern.az

Prezident ikinci jurnalist evi ilə bağlı sərəncam verdi

Prezident ikinci jurnalist evi ilə bağlı sərəncam verdi

Təhsil

30 Dekabr 2014, 21:43


Azərbaycan prezidenti İlham Əliyev mətbuat işçiləri üçün yaşayış binasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Modern.az-ın məlumatına görə, sərəncamda deyilir:

1. Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Modern.az-ın məlumatına görə, Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün ikinci yaşayış binası tikilir. Artıq binanın 12-ci mərtəbəsində işlər gedir. 3 bloklu, 17 mərtəbəli və 255 mənzildən ibarət olacaq binanı 2015-ci ildə təhvil vermək planlaşdırılır. Mənzillər 1, 2, 3 və 4 otaqlı olacaq.

Jurnalistlər üçün yaşayış binası dövlət vəsaiti hesabına tikilir və pulsuz paylanır.

Ərazidə jurnalistlər üçün tikilmiş 156 mənzilli ilk bina 2013-cü ildə istifadəyə verilib. Həmin binada mənzillərin bölüşdürülməsi meyarlarına əsasən, son 3 ildə mütəmadi olaraq yayımlanan KİV həmin redaksiyada 3 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlarının adlarını namizəd kimi irəli sürə bilib. Gündəlik qəzetlər və informasiya agentliklərinin 3-dək, həftəlik qəzetlər, jurnallar və xəbər portallarının 1 namizəd vermək hüquq olub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu