Modern.az

Məşhur “Yeddinci oğul” IMAX-a gəldi!

Məşhur “Yeddinci oğul” IMAX-a gəldi!

Təhsil

30 Dekabr 2014, 22:13
Bu günlərdə Park Cinema Flame Towers-də Sergey Bodrovun fentezi janrında çəkdiyi “Yeddinci oğul” filminin xüsusi nümayişi baş tutub.

Bu film elə ilk kadrlarından ətraf mühitin əsrarəngiz mənzərəsi, gözəl peyzajlarla göz oxşayır. Həmçinin, İMAX texnologiyası sayəsində daha dəqiq hiss olunan xüsusi effektləri ilə tamaşaçının zövqünü oxşayır.

Hər bir tamaşaçı ildə heç olmasa bir dəfə belə bir formada filmi gözləyir: hansısa mistik bir hadisələr sayəsində qəhrəmana çevrilən sadə bir oğlanın əhvalatını. Belə filmlərdə mütləq bu olana rəhbərlik edən bir müdrik şəxs tapılır. Və bu ustadının rəhbərliyi ilə həmin oğlan “böyük qara qüvvələrə” qalib gəlir və hətta özünə sevgili qız da tapır.

Yeddinci oğul” da bu mövzuda növbəti mistik filmlərdən biridir. əslində, filmin süjetində yeni, inqilabi bir şey yoxdur: gənc oğlan, onun içməyi xoşlayan ustadı, gizli bir sirri qoruyan anası, düşmən tərəfdən olan sevgilisi...

Bunlara baxmayaraq, filmin çəkilmə forması fərqlidir. Hər şey çox canlı, inandırıcı görünür. Xüsusi effektlər də ayrı bir bəzək verir.

Filmdə baş rolları məşhur aktrisa Julianna Mur və Ceff Bridces ifa edirlər.

“Yeddinci oğul” geniş prokata yanvarın 1-dən etibarən kütləvi prokata çıxacaq. Filmi ParkCinema şəbəkəsinin bütün kinoteatrlarında, həmçinin AzercellIMAX zalında da izləmək mümkündür.


Fərəh Sabirqızı

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu