Modern.az

Gəncədə təyyarə 110 azərbaycanlını Türkiyəyə aparmaqdan imtina edib

Gəncədə təyyarə 110 azərbaycanlını Türkiyəyə aparmaqdan imtina edib

Təhsil

31 Dekabr 2014, 12:21

Türk Hava Yolları onları aldatdı

 

Bu gün Türk Hava Yolları (THY) şirkətinin Gəncə İstanbul 1419 saylı reysi təxirə salınıb.

THY-dən sərnişinlərə verilən məlumata görə, hava duman olduguna görə təyyarə Gəncəyə enə bilməyib.

Tiflisə uçaraq Gəncədə dumanın çəkilməsini gözləyir.

Sərnişinlərin Modern.az saytına verdiyi məlumata görə, bundan sonra qəribə hadisələr baş verib.

Duman tamamilə çəkilsə də, təyyarə Tiflisdən Gəncəyə qayıtmağa imtina edib. Bu da 110 nəfər sərnişinin ciddi etirazına səbəb olub.
THY faktiki olaraq sərnişinləri İstanbula göndərmir. İki gün ərzində səfərin bərpa olunacağına təminat verilmir.

Sərnişinlər arasında belə ehtimallar səslənir ki, həmin təyyarəyə biletlər Tiflisdə təkrar satılıb.

Hələlik THY əməkdasları heş nəyə zəmanət vermirler. Bele məlumat verilir ki, THY 110 nəfər ücün əlavə reys açmaq istəmir

Sərnisinlər arasında övladi İstanbul aeroportunda qalan, yas mərasiminə gedənlər de var. Çox gərgin vəziyyət yaranıb. Artıq isterika keçirən sərnişinlər də var.



Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu